BANK

İnflyasiya aşağı sәviyyәdә qalıb - FİNS
14 MAY
121

İnflyasiya aşağı sәviyyәdә qalıb - FİNS

2019-05-14 15:06:00

Effektli monetar-mәzәnnә siyasәti şәraitindә inflyasiya cari ilin I rübündә dә aşağı sәviyyәdә qalıb. Fins.az xəbər verir ki, bu məlumat Mərkəzi Bankın “Yanvar- Mart 2019” Pul Siyasəti İcmalında bildirilir.

Məlumatda qeyd olunur ki, illik inflyasiya Mәrkәzi Bankın elan etdiyi hәdәf çәrçivәsinin aşağı hәddinә yaxın olub.

Həmçinin illik inflyasiya başlıca olaraq pullu xidmәtlәrin qiymәt-tarif dinamikasından tәsirlәnmiş, әrzaq vә qeyri-әrzaq qiymәtlәrinin dinamikası ümumi inflyasiya dinamikasından aşağı olub. İnflyasiyanın azalması әhalinin real gәlirlәrinin artımını dәstәkləyir vә ölkәdә ümumi biznes mühitini yaxşılaşdırır.

İnflyasiyanın hәdәf diapazonunun aşağısına yaxın olması monetar siyasәtin normallaşdırılması prosesinin davam etdirilmәsinә imkan verib.

                                                                                         Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8962
  • ₽ RUB
    0.0263