BANK

AtaBank Visa Signature kartını Giveaway müsabiqəsində hədiyyə etdi
13 MAY
117

AtaBank Visa Signature kartını Giveaway müsabiqəsində hədiyyə etdi

2019-05-13 16:28:00

Müasir dövrün nəbzini tutmaq və müştərilərini daim yeniliklərlə sevindirmək üçün “AtaBank” ASC növbəti kampaniyasını reallaşdırdı. Belə ki, bankın Facebook səhifəsində 25 Aprel 2019-cu il tarixində start vermiş müsabiqə şərtləri və hədiyyələri ilə böyük marağa səbəb olmuşdur.

Giveaway oyununun şərtlərinə əsasən iştirakçılar AtaBank-ın Fəvvarələr meydanında quraşdırılmış Visa Signature kartının stendi önündə şəkil çəkərək xüsusi həşteqlə paylaşmalı və müsabiqə xəbərinin altında dostlarını qeyd etməlidilər.

Müsabiqənin qalibləri 13 May 2019-cu il tarixində Facebook-da keçirilmiş canlı yayımda təsadüfi seçim nəticəsində müəyyənləşdirilərək elan edildilər.

Üç nəfər qalib kampaniyadan AtaBank-ın özəl Visa Signature kartını və 100 manat pulu hədiyyə olaraq qazandı. Müsabiqə qalibləri ilə buradan https://www.facebook.com/atabank/videos/341882153187488/tanış olmaq mümkündür.

Ətrafınızda kimsədə olmayan Visa Signature kartını siz də əldə edin və premium kartlarının komfortundan həzz alın.

Visa kartlarından dünyanın 200-dək ölkəsində istifadə etmək mümkündür. Bu kartlardan istifadə edərək müştərilər həm ölkədaxilində, həm də xaricdə POS-terminal vasitəsi ilə və ya online alış-veriş edə, AtaBank-ın AtaNet İnternet və ya Mobil Bankçılıq əlavəsinə daxil olaraq müxtəlif bank əməliyyatlarını həyata keçirə bilərlər.

WhatsApp/Telegram istifadəçiləri 050 9999136 nömrəmizə yazaraq və ya bankın internet səhifəsini https://atabank.com/az/ ziyarət edərək Visa plastik kartları və kampaniya haqqında istənilən məlumatı operativ əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264