BANK

Xalis mənfəəti 2 dəfə azalıb
10 MAY
130

Xalis mənfəəti 2 dəfə azalıb

2019-05-10 14:14:00

“TCF” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 55 min manat xalis mənfəətlə başa vurub. Fins.az xəbər verir ki, BOKT-un maliyyə hesabatına görə, bu, 2017-ci ilə nisbətən təxminən 49,55% və yaxud təxminən 2 dəfə azdır.

Ötən il “TCF" gəlirləri 329 min manat, o cümlədən faiz gəlirləri 320 min manat, qeyri-faiz gəlirləri 9 min manat, xərcləri isə 496 min manat, o cümlədən faiz xərcləri 225 min manat, qeyri-faiz xərcləri 241 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “TCF"in aktivləri 848 min manat olub ki, bu da illik müqayisədə 84,3% azdır. Bunun 762 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 85,6% kiçilib.

Hesabat dövründə “TCF"in öhdəlikləri 84,7% azalaraq 791 milyon manata, balans kapitalı isə 74,55% azalaraq 57 min manata düşüb. 

© “Renkinq”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264