BANK

50 dollarlıq əskinaslarda səhv aşkarlandı
10 MAY
375

50 dollarlıq əskinaslarda səhv aşkarlandı

2019-05-10 11:14:00

Avstraliya Bankının dövriyyəyə buraxdığı 46 milyon ədəd 50 Avstraliya dolları əskinasda səhvə yol verildiyi aşkarlanıb. Fins.az xəbər verir ki, xarici KİV-lərin yaydığı məlumata görə, əskinasın üz hissəsində əks olunan mikromətndə məsuliyyət (responsibility) sözündə sonuncu hərf yoxdur.

Bu səhv təsadüfən “Triple M” radiostansiyasının dinləyicilərindən biri tərəfindən aşkar edilib və həmin şəxs bu barədə məlumatı radiostsnsiyanın Instagram səhfəsində dərc edib.

Tənzimləyici səhv barədə xəbərdar olduqlarını və yaxın aylarda yeni tirajın çapı zamanı onun aradan qaldırılacağını bildirib.

Həmin banknotlar 2018-ci ilin fevralında çap olunub, 7 ay sonra isə dövriyyəyə buraxılıb.

© Finans

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257