BANK

Bankların Mərkəzi Banka borcları azalmaqda davam edir
09 MAY
295

Bankların Mərkəzi Banka borcları azalmaqda davam edir

2019-05-09 11:07:00

Azərbaycan banklarının Mərkəzi Banka borcları azalmaqda davam edir. Fins.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Paltasının statistikasına əsasən 2019-cu ilin 1-ci rübü ərzində Mərkəzi Bankın banklara qarşı tələbləri 53,6 milyon manat azalıb. Belə ki, ötən ilin sonun da 384.7 milyon manat təşkil etmiş tələblər, 31 Mart 2019-cu il tarixində 331.1 milyon manat təşkil edib.

Mərkəzi Bankın banklara qarşı tələbləri ötən ilin Mart ayı ilə müqayisədə isə 167,9 milyon manat azalıb. 31.03.2018-ci il tarixində  Mərkəzi Bankın banklara qarşı tələbləri  499 milyon manat idi. 

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257