BANK

Vətəndaşların 72%-i kompensasiya pulunu alıb
08 MAY
232

Vətəndaşların 72%-i kompensasiya pulunu alıb

2019-05-08 11:45:00

Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanına uyğun olaraq, vaxtilə ABŞ dolları ilə götürülmüş kreditlər üzrə kompensasiya almalı olan vətəndaşların 71,8%-nə ödəniş edilib.

Fins.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov bildirib.

Onun sözlərinə görə, ümumilikdə 602 347 nəfərə kompensasiya ödənilməlidir. Bunlardan isə 432 677 nəfəri ödənişin həyata keçirildiyi son 15 gün ərzində pulunu alıb. Artıq fərmanın restruktizasiya ilə bağlı hissəsinin icrasına başlanılıb. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257