BANK

Problemli kreditlər barədə daha bir vacib xəbər - FİNS
24 APREL
2058

Problemli kreditlər barədə daha bir vacib xəbər - FİNS

2019-04-24 17:37:00

Bildiyiniz kimi artıq dollarla kredit götürmüş vətəndaşlara kompensasiya ödənişinə başlanılıb. Buna baxmayaraq hələ də bəzi vətəndaşlar adlarını ya siyahıda tapa bilmədiklərini, ya da buna bənzər məsələlərlə rastlaşdıqlarını iddai edirlər.

Maliyyə Bazarlarına Nəzarət Palatası qaranlıq məqamlara aydınlıq gətirmək üçün yeni yaratdığı portalda vətəndaşlar üçün sual-cavab bölməsi yaradıb. Həmin bölmədəki növbəti sual və cavabı sizə təqdim edirik.

Sual: Mən yüksək məzənnə ilə faiz və dəbbə pulu ödəmişəm, nəyə görə ona kompensasiya düşmür?

Cavab: Ölkə başçısının Fərmanına əsasən xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilərək kompensasiyalar hesablanır.

                                                                                       Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271