BANK

Bank Respublika kompensasiyaların ödənilməsinə başlayıb
22 APREL
636

Bank Respublika kompensasiyaların ödənilməsinə başlayıb

2019-04-22 17:36:00

Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası ilə əlaqədar olaraq, “Bank Respublika”nın bütün filiallarında 22 aprel tarixindən etibarən müştərilərə kompensasiyaların ödənilməsinə başlanılıb.

Müştərilərin rahatlığının təmin olunması məqsədilə, növbəlilik prinsipi qaydasında müştərilərə öncədən fərdi SMS göndərilir. SMS-lərin mətnində kompensasiyanın verildiyi ünvan, dəqiq məbləğ və vaxt qeyd olunur.

Əlaqə nömrələrini dəyişmiş müştərilərə isə, Bankın 144 nömrəli Məlumat Mərkəzinə zəng edib, yeni əlaqə nömrələrini təqdim etmələri xahiş olunub.

Müştərilər, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portala daxil olaraq xarici valyuta kreditləri üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya məlumatını əldə edə bilərlər.

Kompensasiya ödənişi ilə əlaqədar müştərilərə operativ şəkildə xidmət göstərilməsi məqsədilə Bank Respublika xüsusi iş rejimində işləyəcək və may ayının sonunadək bütün müştərilərə kompensasiyaların ödənişi təmin olunacaq.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271