BANK

Telman İsmayılov barəsində cinayət işi başlayıb
17 APREL
233

Telman İsmayılov barəsində cinayət işi başlayıb

2019-04-17 11:37:00

İsveçrənin Sürix şəhər Prokurorluğu Moskvanın Çerkizov bazarının keçmiş sahibi, Azərbaycan əsilli tanınmış rusiyalı iş adamı Telman İsmayılov barəsində cinayət işi başlayıb. Fins.az-ın məlumatına görə, “İnterfax” xəbər verir ki, ona qarşı cinayət işi Rusiyanın “VTB” bankına məxsus “BM-Bank”ın iddiası əsasında açılıb.

T.İsmayılov dələduzluqda, kreditorlara ziyan vurmaqda ittiham olunur. Cinayəti sübuta yetiriləcəyi halda onu maksimum 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Məlumata görə, “BM-Bank” 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralınadək T.İsmayılova məxsus “AST” qrupunun “Rusline 2000” müəssisəsinə və “Tropicano Finance B.V.”yə 230 milyon dollar məbləğində 3 dəfə kredit verib. Bir müddət əvvəl “BM-Bank” T.İsmayılova məxsus “Praqa” restoranını, “Tropikano” Biznes Mərkəzini, “AST” Ticarət Mərkəzini və Moskvada Kutuzov prospektindəki 2 mənzilinə, habelə onun ABŞ-dakı “Craig Valley Plaza” Ticarət Mərkəzinə həbs qoyulub.  Kreditorlar bildiriblər ki, T.İsmayılov kredit vəsaitinin bir hissəsini İsveçrədəki banklara köçürüb. T.İsmayılvoun vəkili məlumatı mətbuatdan öyrəndiklərini bildirib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264