BANK

Krediti ilə bağlı güzəştlərdən narazı olanlar bura müraciət edin! - FİNS
17 APREL
1413

Krediti ilə bağlı güzəştlərdən narazı olanlar bura müraciət edin! - FİNS

2019-04-17 15:05:00

Bildiyimiz kimi Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) bir müddət əvvəl problemli kreditlərin hesablanmasını həyata keçirib və kompensasiya alacaq vətəndaşların siyahısını hazırlayıb. Həmin siyahı ilə Palatanın yaratdığı portaldan tanış olmaq mümkündür.

Bununla yanaşı Palata problemli kreditlərlə bağlı şikayətlərin qəbul olunması üçün yeni sistem də yaradıb. Fins.az xəbər verir ki, hesablanan kompensasiya məbləği və ya olunan güzəştlərdə yanlışlıqların olduğunu iddia edənlər, adı problemli kreditlərlə bağlı siyahıda olmayan vətəndaşlar sözügedən sistemdə qeydiyyatdan keçib, daha sonra isə sistem vasitəsilə Apellyasiya komissiyasına müraciət etməlidir. Sistemə aşağıdakı linkdən daxil ola bilərsiniz. 

https://ak.fimsa.az/Identity/Account/Login?returnUrl=%2F

                                                                                             Müəllif: Elmir Murad

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272