BANK

Bu bank 3 ildir zərərlə işləyir - FİNS
16 APREL
208

Bu bank 3 ildir zərərlə işləyir - FİNS

2019-04-16 13:20:00

1992-ci ildən fəaliyyət göstərən “Muğanbank” yarandığı tarixdən ölkə iqtisadiyyatının inkişafında iştirakçı olmaq,  geniş əhali kütləsinə bütün növ bank xidmətləri göstərmək və bununla da bank sistemində qabaqcıl maliyyə institutlarından birinə çevrilməyi qarşısına əsas məqsəd qoyub.

27 il ərzində bank daim inkişaf yolunu tutaraq Azərbaycanın bank sistemində möhkəmlənib, xidmətləri həm keyfiyyət, həm də kəmiyyət baxımından artıb.

Bütün bunları nəzərə alaraq Fins.az adıçəkilən bankın 3 il ərzində xalis mənfəətinə nəzər salıb. Araşdırma zamanı məlum oldu ki, “Muğanbank” 2016, 2017 və 2018-ci illərdə kəsirlə işləyib.

Belə ki, BBN-in yaydığı hesabat xarakterli reykinqinə əsasən bankın 2016-cı ildə 14 milyon kəsiri olub. 2017-ci il 6,3 milyon zərərlə işləyən bankın 2018-ci ildə də eyni halı yaşadığı görsənir. Statistik rəqəmlərə görə, “Muğanbank” 2018-ci ildə də zərərdən qurtula bilməyib və 1,8 milyon zərər edib.

Qeyd edək ki, bank hazırda müştərilər üçün 11 xidmət gösətir.

                                                                                       Müəllif: Elmir Murad 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266