BANK

Azərbaycanda BOKT-ların kredit qoyuluşunda payı azalmaqdadır
16 APREL
239

Azərbaycanda BOKT-ların kredit qoyuluşunda payı azalmaqdadır

2019-04-16 11:27:00

Bu il martın 1-nə Azərbaycanda kredit qoyuluşu 12 milyard 974,6 milyon manat təşkil edib. Fins.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bunun 2 milyard 80,2 milyon manatı və yaxud 16%-i dövlət banklarının, 10 milyard  550,7 milyon manatı və yaxud 81,3%-i özəl bankların, 343,7 milyon manatı və yaxud 2,7%-i isə bank olmayan kredit təşkilatlarının (BOKT) payına düşüb. 

BOKT-ların kredit qoyuluşundakı payı bu ilin yanvar ayının yekununda da 2,7% təşkil edib. Mikromaliyyə qurumları ötən ilin yekununda kredit qoyuluşunda 3%, ötən ilin fevral ayının yekununda isə 3,6% paya malik olublar. Göründüyü kimi, BOKT-ların kredit qoyuluşunda payı azalmaqdadır. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272