BANK

Azərbaycandan Gürcüstana pul köçürmələri niyə azalıb?
15 APREL
219

Azərbaycandan Gürcüstana pul köçürmələri niyə azalıb?

2019-04-15 15:32:00

Bu ilin I rübündə Azərbaycandan Gürcüstana 4 650,4 min ABŞ dolları məbləğində pul köçürülüb.  Fins.az xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Bankının hesabatında bildirilir. Hesabata əsasən, bu rəqəm illik müqayisədə 6,9% azdır. Yanvar-mart aylarında Gürcüstandan Azərbaycana isə pul köçürmələrinin məbləği isə ötən ilin eyni dövrünə nisbətən 1,9% azalaraq 2 572,9 min dollara düşüb. 

Təkcə mart ayında isə Azərbaycandan Gürcüstana 1,64 milyon dollar, Gürcüstandan Azərbaycana isə 906 min dollar pul köçürülüb. Ötən ay Gürcüstana müxtəlif ölkələrdən, ümumilikdə, 138,4 mln. dollar daxil olub ki, bu da illik müqayisədə 4,5% və yaxud 5,9 milyon dollar çoxdur. Hesabat ayında qonşu ölkəyə ən çox pul köçürmələri 35,42 milyon dolar olmaqla Rusiyadan həyata keçirilib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271