BANK

Aşağı fazili kredit almaq istəyənlər bunu mütləq oxuyun! - FİNS
15 APREL
912

Aşağı fazili kredit almaq istəyənlər bunu mütləq oxuyun! - FİNS

2019-04-15 15:11:00

Yeni iş qurmaq, texnika almaq üçün ilk növbədə pula, yəni sərmayeyə ehtiyac duyulur. Elə fermerləri də daim ən çox bu sual düşünüdürür.

Kənd təsərrüfatı məhsullarının istehsalı üçün az faizli kreditləri necə əldə etmək olar?

Fins.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı aqrobiznes.az saytında ayrıca sual və cavab bölməsi yerləşdirilib. Həmin hissədə yuxarıda qeyd olunan suala belə cavab verilir:

Bu kreditləri Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu verir. Güzəştli kredit vəsaitlərinin hədləri: kiçik həcmli kreditlər: 5.000 manatdan 50.000 manatadək; orta həcmli kreditlər: 50.001 manatdan 500.000 manatadək; böyük həcmli kreditlər: 500.001 manatdan 10.000.000 manatadək.

Kiçik həcmli kreditlər üçün-3 (üç) ilədək; orta həcmli kreditlər üçün- 5 (beş) ilədək; böyük həcmli kreditlər üçün-10 (on) ilədək. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi kredit məbləğinin 6 (altı) faizindən artıq olmamalıdır.

                                                                                  Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266