BANK

Bu aydan güzəştli kredit müqavilələrinin bağlanılmasına başlanılacaq - FİNS
15 APREL
204

Bu aydan güzəştli kredit müqavilələrinin bağlanılmasına başlanılacaq - FİNS

2019-04-15 10:22:00

Bildiyiniz kimi bir müddətdir ki, problemli kreditlərlə bağlı yeni portal fəaliyyətə başlayıb. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan portala daxil olmaqla burada adınızın siyahıda olub-olmamasını yoxlamaqla yanaşı, həm də vətəndaşlar üçün qaranlıq qalan suallara aydınlıq gətirmək olar.

Fins.az mütəmadi olaraq portalda yerləşdirilən sual-cavab bölməsindən ən maraqlılarını sizə təqdim edir. Bu dəfə də həmin sual-cavabdan birini sizə təqdime dirik.

Sual: Məhkəmədə olan işlər nə vaxt geri çağırılacaqdır? Bunun üçün hara müraciət olunmalıdır?

Cavab: Aprel ayının sonlarında etibarən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu başlanacaqdır. Bu barədə müvafiq kredit təşkilatı tərəfindən fiziki şəxslərə bildirişlər göndəriləcəkdir. Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür.

                                                                            Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266