BANK

“Fitch” Latviyanın reytinqini “A-” səviyyəsində təsdiq edib
15 APREL
139

“Fitch” Latviyanın reytinqini “A-” səviyyəsində təsdiq edib

2019-04-15 09:32:00

“Fitch” agentliyi Latviyanın uzun müddətli xarici valyutada emitent defolt reytinqini “A-” sabit olaraq təsdiqləyib.

Fins.az xəbər verir ki, Latviyanın yüksək kredit dərəcəsini dəstəkləyən əsas amillər kimi “Fitch” ölkənin maliyyə gücünü, həmçinin institusional sabitliyini və Avropa Birliyində üzvlüyünü əsas götürüb. Sakinlərin aşağı gəlirləri, eyni zamanda, oxşar kredit reytinqi olan digər ölkələrlə müqayisədə ümumi daxili məhsulun və xarici borcun daha yüksək qeyri-sabitliyi Latviyanın əsas problemləri kimi müəyyən edilib.

“Fitch” qeyd edib ki, Latviya iqtisadiyyatı ötən il 4,8 faiz artıb və bu, yeddi il ərzində ən yüksək artım olub. Cari və 2020-ci ildə ölkə ÜDM-nin 3,1 faiz artacağı da proqnozlaşdırılıb.

azertac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272