BANK

Mərkəzi Bankın baş direktoru ABŞ-a getdi
11 APREL
447

Mərkəzi Bankın baş direktoru ABŞ-a getdi

2019-04-11 15:18:00

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Ziya Əliyev ABŞ-ın paytaxtı Vaşinqtona səfər edib. Fins.az xəbər verir ki, bu barədə məlumat AMB-dən bildirilib. 

Məlumata görə, hökumət rəsmisi Dünya Bankının və Beynəlxalq valyuta Fondunun (IMF) aprelin 12-14-də birgə keçiriləcək yaz toplantılarında iştirak edəcək. 

Xatırladaq ki, bir neçə gün öncə açıqlama verən Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi belə bir səfərin gözlənildiyini bildirmişdi: “Dünya Bankı əvvəllər olduğu kimi, indi də Azərbaycan hökumətinə iqtisadi inkişafı sürətləndirmək və iqtisadiyyatı şaxələndirmək üçün dəstək verməyə hazırdır. Bu dəstək, əsasən, nəqliyyat, səhiyyə, sosial müdafiə və əmək sahələrini, kənd təsərrüfatı, vergitutma, elektron məhkəmə sisteminin genişləndirilməsini əhatə edir. Yaz toplantılarında Azərbaycanın investisiya imkanlarının araşdırılması və texniki dəstək verilməsi ətrafında fikir mübadiləsinin aparılması gözlənilir”.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266