BANK

İnternet bankçılıq xidməti yeni üslubda tətbiq olunacaq - FİNS
09 APREL
152

İnternet bankçılıq xidməti yeni üslubda tətbiq olunacaq - FİNS

2019-04-09 12:55:00

Yeni texnologiyanın tətbiqi ilə korporativ müştərilərimizə əlavə xidmətlər təklif etmək üzərində çalışırıq. Bunu Fins.az-ın sorğusuna cavabında “Rabitəbank”-ın Marketinq Departamentinin rəhbəri Ələkbər Eyvazlı bildirib.

O, qeyd edib ki, işimiz yalnız yeni xidmətlərin yaradılması ilə bitmir, həm də köhnə iş modelinin yeni dövrün tələblərinə uyğunlaşdırmaq da nəzərdə tutulub: “Korporativ müştərilərimiz üçün isə mövcud olan internet bankçılıq xidməti, apreldən etibarən yeni üslub və daha çox funksionalları ilə ictimaiyyətə təqdim olunacaqdır.

Mobil Bankçılıq əməliyyatlarında, pul göndərmək, pul istəmək, ödənişlər, xidmət sifarişi və digər müştərilərin vaxtına qənaət edib, işini asanlaşdıracaq əməliyyatlar tətbiq edilməkdə və artırılmaqdadır”.

                                                                                          Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266