BANK

"AccessBank"ın portelinin 95%-i manat kreditlərinin payına düşür
04 APREL
205

"AccessBank"ın portelinin 95%-i manat kreditlərinin payına düşür

2019-04-04 12:46:00

"AccessBank" verdiyi kreditlərin 95%-i manatın payına düşür. Bunu "Fitch" beynəlxalq reytinq agentliyinin Bakıda təşkil etdiyi illik konfransında "AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib. "Dollarlaşma prosesi məzənnənin stabilliyindən və milli valyutaya etimaddan qaynaqlanır. Bildiyiniz kimi, milli valyutamız məzənnəsi stabilləşib və etimadı bərpa edib. Üstəlik, hökumətin və müvafiq qurumların hərəkətləri də önəmlidir. Azərbaycanda əmanətlərin tam sığortalanması mexanizmi var və bu alət dollarlaşma prosesinin qarşısını alır. Bu səbəbdən manat əmanətləri üzrə orta faiz 10%, dollar əmanətləri üzrə isə 2% səviyyəsində formalaşıb. Bir rəqəmi diqqətinizə çatdırım ki, "AccessBank"ın kredit portfelinin 95%-i milli valyutada verilən kreditlərin payına düşür. Bu isə bizə manat əmanətlərini tam təmin etməyə imkan yaradır", - deyə o bildirib.

Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265