BANK

"Mərkəzi Bank pul bazarının aktivləşdirilməsinə çalışır" - FİNS
04 APREL
235

"Mərkəzi Bank pul bazarının aktivləşdirilməsinə çalışır" - FİNS

2019-04-04 16:38:00

Mərkəzi Bank özünün pul siyasətini mərhələlərlə yumşaltmaqdadır. Bunu Fitch Ratings-in Bakıda keçirilən tədbirində Mərkəzi Bankın rəsmisi Azər Ələsgərov deyib.

O qeyd edib ki, pul siyasəti ilə bağlı Mərkəzi Bankın saytında mütəmadi məlumatlar dərc olunur və ictimaiyyət məlumatlandırılır. Onun sözlərinə görə, hazırda pul siyasəti ilə bağlı aparılan islahatlar pul bazarının aktivləşdirilməsi üçün atılan müsbət addımlardandır:"Mərkəzi Bankın apardığı pul siyasəti islahatlarından biri də Mərkəzi Bankın notlarının artırılması ilə bağlıdır.

Notların artması pul bazarında müsbət rol oynaya bilər. Bundan başqa nəğdsiz ödənişlərin artırılması istiqamətində də işlərin həcmi böyüdülür. Bu yaxın zamanlarda özünü müsbət tərəfdən göstərəcək və pul bazarının aktivləşdirilməsinə, tkmilləşdirilməsinə gətirib çıxaracaq".

Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266