BANK

Daha bir hərrac keçirildi
03 APREL
226

Daha bir hərrac keçirildi

2019-04-03 18:08:00

Bakı Fond Birjasında Mərkəzi Bankının (AMB) 50101473S dövlət qeydiyyat nömrəli, 250milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bakı Fond Birjasından Fins.az-a verilən məlumata görə, hərrac zamanı 10 investor tərəfindən qiyməti 99.3432 AZN (8.50%) ilə 99.4581 AZN (7.01%) arasında olan 18 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 371,307,200.00 AZN olub. AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4581 AZN (7.01%), orta ölçülmüş qiyməti 99.4581 AZN (7.01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250,000,000.00AZN təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264