BANK

Müştərilərinin sayı artaraq 1 milyona yaxınlaşıb - FİNS
04 APREL
309

Müştərilərinin sayı artaraq 1 milyona yaxınlaşıb - FİNS

2019-04-04 18:16:00

Banklar zaman-zaman depozitlərinin, kredit portfellərinin azalması ilə üzləşirlər. Bununla yanaşı bəzi hallarda müştəri itkisi banklardan yan keçmir.

Bəs görəsən Azərbaycanda fəaliyyət göstərən banklar müştəri itkisinin qarşısını necə alırlar?

Bu sualla öncə Unibank-a müraciət etdik. Bankdan Fins.az-ın sorğusuna cavab olaraq bildirdilər ki, son illərdə bankın müştərilərinin sayında nəzərə çarpacaq artım var. Belə ki, hazırda Unibank 1 milyona yaxın fiziki və hüquqi şəxs olan müştəriyə xidmət göstərir: “Bank öz müştərilərinin sayını artırmaq və müştəri məmnuniyyətini daim yüksəltmək üçün davamlı olaraq yeni məhsul və xidmətlər təqdim edir.

Müştərilər üçün müxtəlif loyallıq kampaniyaları həyata keçirir. Loyallıq kampaniyaları içərisində təkrar müştərilərə kredit və digər satış məhsullarında faiz endirimləri edilir. Müştərilər üçün bank xidmətlərinin daha rahat və əlçatan olmasını nəzərdə tutan Unibank Mobile tətbiqi, debet kartlarında depozit bonusları, kart ödənişlərinin 30%-dək hissəsinin müştərinin hesabına qayıtmasını nəzərdə tutan cashback xidməti loyallıq tədbirlərinin bir hissəsidir”.

 

                                                                                            Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269