BANK

"Problemli kreditlərlə bağlı kompensasiya mexanizminin...." - FİNS
03 APREL
643

"Problemli kreditlərlə bağlı kompensasiya mexanizminin...." - FİNS

2019-04-03 12:44:00

Banklar gəlirlərini diversifikasiya etməkdə davam edir. Bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib. O, qeyd edib ki, diqqəti çəkən əsas tendensiya bankların vəsaitlərini qiymətli kağızlara yönəltməsinin artımıdir. Onun sözlərinə görə, bunun Maliyyə Bazarlarına Nəzarət Palatasının bank sektorunun fevralı sonuna olan icmal göstəricilərindən görmək olar. Məlumata görə, 2018-ci ilin 2 ayı ərzində bankların qiymətli kağızlara yatırımı 17,8% artaraq 4,2 milyard manata çatıb. Bununla da bu sahə üzrə maliyyələşmənin aktivlərdə payı rekord səviyyəyə - 14,1%-ə yüksəlib. Cəmi 2 ay öncə qiymətli kağızlara yatırımlar 12,2%, 2017-ci ildə isə 9%-ə yaxın olub: “Azalma tendensiyası bankların digər maliyyə institutlarında yatırdıqları depozitlərdə və kredit qoyuluşunda qeydə alınıb. Depozit yatırımı yanvar-fevral aylarında 1,2% azalaraq 6,4 milyard manata düşüb. Ötən il azalma hətta 10,4%-ə bərabər olub. Bank depozitlərinin aktivlərdə payı 21,4%-ə düşüb. Halbuki 2017-ci ildə bu hədd 25,9% olub.

Kredit qoyuluşu cari ilin ilk iki ayında 5 milyon manat azalıb və aktivlərdə payı 43,1%-ə düşüb. Azalma maliyyə institutlarına verilən kreditlərin azalması (6,7 milyon AZN) hesabına baş verib. Müştərilərə verilən kreditlər 1,6 milyon manat artsa da aktivlərdə payı azaldıb”.

Ekspertin fikrincə, ümumilikdə isə bankların aktivləri zəif olsa da artmaqda davam edib: “Problemli kreditlərlə bağlı kompensasiya mexanizminin tətbiqi aktivlərinı artımı dəstəkləyəcək və hazırda 1,5 milyard manatı ötən və kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün nəzərdə tutulan məqsədli ehtiyatı əhəmiyyətli dərəcədə azaldacaq. Ancaq yaranmış sərbəst vəsaitlərin əhəmiyyətli hissəsinin kreditləşməyə yönələcəyi sual altındadır. Böyük ehtimalla növbəti aylarda qiymətli kağızlara yatırımın cəlbediciliyi daha da artacaq”.

 

                                                                                         Müəllif: Elmir Murad

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264