BANK

Ekspertdən buraxılacaq yeni əskinaslarla bağlı açıqlama - FİNS
18 MART
576

Ekspertdən buraxılacaq yeni əskinaslarla bağlı açıqlama - FİNS

2019-03-18 17:23:00

Xəbər verdiyimiz kimi Mərkəzi Bank tərəfindən dövriyyəyə yeni 10 manatlıq pul nişanları buraxılacaq. Yenilənmiş 10 manatlıq pul nişanında əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb. Mühafizə sistemlərinə gəldikdə isə, mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunub. Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD) yerləşir.

Bəs görəsən yeni əskinasa ehtiyac haradan yarandı?

Bu sualla iqtisadçı-ekspert Samir Əliyevə müraciət etdik. Ekspert Fins.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda yeni dizaynda və nomilda pul əskinasları 2006-cı ildə denominasiyadan sonra buraxılıb. Onun sözlərinə görə, artıq üstündən 13 ildən çox zaman keçib və dünyada artıq nanotexnologiyalar inkişaf etdikcə pul nişanlarının mühafizə imkanları da gücləndirilir. S.Əliyevin fikrincə, ABŞ illərdir öyrəşdiyimiz pul vahidinə müəyyən dəyişikliklər etməli oldu. Səbəb pulun saxta variantının qarşısını almaqdır. Bu baxımdan Mərkəzi Bankın atdığı addım da başa düşüləndir: “Belə baxanda dizayn demək olar ki, dəyişməyib. İnsanlar üçün də xüsusi çətinlik törətməyəcək. Bu baxımdan pulun mühafizəsinin gücləndirilməsinə normal baxıram. Onsuz da MB dövriyyədə zədələnmiş pul nişanlarını dövri olaraq dəyişir, yenisini buraxır. Görünür yeni pul nişanlarının mühafizəsi daha da yaxşılaşdırılıb. 10 manatlıqların mühafizəsinin gücləndirilməsi yaxşı haldır, ancaq onların dözümlülüyünün artırılması daha vacibdir. Çünki bu nominallı pullar daha çox istifadə olunduğundan köhnəlməyə, zədələnməyə tez məruz qalır. Sadəcə, əsas sual ondan ibarətdir ki, niyə məhz 10 manatlıq? Yəni mühafizənin gücləndrilməsi yüksək nominallı pul nişanlarından, məsələn, 100 və 50 nominallı əskinaslardan başlamaq yaxşı olmazmı? Yəqin ki yüksək nominallı pul nişanlarını da oxşar mühafizə sistemi ilə təmin olunması da həyata keçiriləcək”.

                                                                                              Müəllif: Elmir Murad

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027