BANK

Banklar 2006-2019-cu illərdə 26 minə yaxın ipoteka krediti verib
14 MART
96

Banklar 2006-2019-cu illərdə 26 minə yaxın ipoteka krediti verib

2019-03-14 11:45:00

2006-2019-cu illərdə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 25,883 min ipoteka krediti verilib.

Fondun saytında dərc olunmuş məlumata görə, bu günədək İKZF-nin xətti ilə 1 mlrd. 259 mln. 695,589 min manat məbləğində ipoteka krediti verilib.

2018-ci ildə İKZF-nin xətti ilə 261,7 mln. manat məbləğində ipoteka krediti verilib ki, bu da 2017-ci ilin göstəricisindən 29% çoxdur.

Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.

Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264