BANK

Bu bankın səhmdarlarının strukturunda dəyişiklik olub – YENİLƏNİB
14 MART
529

Bu bankın səhmdarlarının strukturunda dəyişiklik olub – YENİLƏNİB

2019-03-14 17:37:00

Accsesbank-ın səhmdarlarının strukturunda dəyişikliklər barədə mətbuat konnfransı krçirilir. Fins.az xəbər verir ki, bu gün Bankın yenidən kapitallaşmasının yekunlaşdığı elan edildi. Bankın nizamnamə kapitalı 258 milyon manata çatdırılıb.

Fins.az xəbər verir ki, Bankın İdarə Heyətinin sədri Anar Həsənov AccessBank-ın nizamnamə kapitalının artırılmasının başa çatdığını elan edib. Onun sözlərinə görə, 2018-ci ilin noyabrın 15-də bank, mövcud səhmdarlar və kreditorlar arasında AccessBank-ın kapital mövqeyinin gücləndirilməsinə dair saziş imzalanıb. O qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə sıx əməkdaşlıq çərçivəsində Bankın kapitalının 118.5 mln. manat məbləğində artırılması, o cümlədən yeni səhmlərin emissiyası və mövcud səhmlərin yeni səhmdarlar arasında bölüşüdürülməsi 2019-cu ilin fevralın 28-də uğurla başa çatdırılıb. Sədr bildirib ki, yeni səhmdarlar arasında Asiya İnkişaf Bankı, Avropa İttifaqının Avropa İnvestisiya Bankı, Hollandiya İnkişaf Bankı (FMO), Avstriya İnkişaf Bankı, İsveçrə Konfederasiyasının SIFEM AG maliyyə inkişaf institutu, responsAbility Investments tərəfindən idarə olunan Avropanın investisiya fondları, EFSE, Symbiotics SICAV və GGF var. Yeni səhmdarların banka qoşulmasına toxunan Anar Həsənov bildirib: "AccessBank yalnız əlavə kapital hesabına deyil, o cümlədən Avropa İttifaqının, İsveçrənin, Avstriyanın, Niderland Krallığının və Asiya İnkişaf Bankının üzvü olan bütün ölkələrin maraqlarını təmsil edən yeni səhmdarların peyda olunması ilə güclənir".

xxx

Anar Həsənovun sözlərinə görə, 118.5 mln. manat bankın nizamnamə 3 artırılmasına yönəldikdən sonra səhmdar kapitalı 258 mln. manata çatdırılacaq. "Əlavə olaraq subordinasiya olunmuş kredit alətləri vasitəsilə II dərəcəli kapital 22 mln. manat artırılacaq. Bununla yanaşı, "şərti kapital"ın artırılması üçün də 22 mln. manatın ayrılması nəzərdə tutulub ki, gələcəkdə ehtiyac olduğu halda bu vəsaitdən də istifadə olunacaq", - deyə sədr vurğulayıb. İnvestorlarla danışıq prosesində 4 illik strateji inkişaf planının hazırlandığını bildirən idarə heyətinin sədri Həsənov bildirib ki, plana əsasən, AccessBank kredit portfelini aktiv şəkildə böyütməyi, o cümlədən gəlirlilik səviyyəsini daha da artırmağı planlaşdırır: "Sözsüz ki, bankın əsas missiyaları sırasına mikro, kiçik və orta sahibkarlığın partnyoru olaraq qalmaq, o cümlədən bu sahələrin inkişafında aktiv iştirak etmək də daxildir. Bu baxımdan kapitallaşma prosesi bankı zəruri resurslarla təmin edəcək ki, bunun hesabına “AccessBank” müştərilərinin artan maliyyə ehtiyaclarını tam şəkildə qarşılaya biləcək". Bununla yanaşı, bank rəsmisi qeyd edib ki, bankın yeni Müşahidə Şurası yeni səhmdarların təmsilçilərindən ibarət heyətdən formalaşacaq və bu barədə yaxın zamanda ətraflı məlumat veriləcək. Avropa Yenidənqurma və İnkişaf Bankının, KfW və Access Microfinance Holding AG-nin səhmlərinin LFS Advisory GmbH tərəfindən alındığını bildirən sədr həmin maliyyə təşkilatlarına 15 il ərzində banka göstərdiyi dəyərli dəstəyə görə təşəkkür edib.

 

Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262