BANK

Bayram ərəfəsində Expressbankdan sərfəli nağd kredit
11 MART
128

Bayram ərəfəsində Expressbankdan sərfəli nağd kredit

2019-03-11 16:12:00

Expressbank yaz təklifləri ilə müştərilərin işini daha da rahatlaşdırır. Bank Novruz bayramı münasibəti ilə 19 martadək komissiyasız və zaminsiz nağd pul krediti təklif edir. İllik 19% - dən başlayan 20.000 AZN -dək nağd krediti heç bir arayış və əlavə sənədə ehtiyac olmadan sürətli şəkildə əldə edə bilərsiniz.

Bununla yanaşı Expressbank bayram günləri ilə əlaqədar müştərilərin rahatlığı üçün uzadılmış iş rejimində çalışaraq, kredit rəsmiləşdirməsini bankın bütün filiallarında 11 martdan 19 martadək saat 20.00- dək uzadıb.

Qeyd edək ki, Expressbank-ın xidmət şəbəkəsi 15 filialdan ibarətdir. Onlardan 9-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 5000-dən artıq POS terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.

Yeniliklər bununla da bitmir. Mart ayı ərzində baş tutacaq digər kampaniyalardan xəbərdar olmaq üçün 132 Məlumat Mərkəzinə zəng edə və istənilən filiala yaxınlaşa bilərsiniz. Həmçinin yenilikləri www.expressbank.az saytından və Bankın rəsmi Facebook səhifəsindən  (www.facebook.com/Expressbank ) izləyə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264