BANK

AtaNet üç dildə istifadəyə verildi
06 MART
121

AtaNet üç dildə istifadəyə verildi

2019-03-06 10:34:00

Bildiyiniz kimi AtaBank-ın bütün əsas məhsulları ilə bağlı əməliyyatları AtaNet mobil və internet bank vasitəsilə təhlükəsiz və sürətli aparmaq mümkündür. Həmçinin AtaNet mobil bank xidmətində istifadə qaydaları, elektron xidmətlər, məzənnələr, bankın filial və bankomat şəbəkəsi, bank haqqında qısa məlumat təqdim olunub.

Mütəmadi olaraq yenilənən bankçılıq xidməti son aylarda bir neçə yeni funksiyanı dəstəkləməyə başlayıb. Bunlardan mobil banka barmaq izi ilə daxil olmaq funksiyası, Card to Card, kommunal ödənişlər, kartı bloklaşdırmaq, bir ildən artıq müddət üzrə əməliyyat tarixçəsi, POS-terminal müştərilərinin dövriyyələr üzrə məlumat və s. qeyd etmək olar.

Ən əsası isə internet bankçılıq xidməti üç dildə istifadəyə verilərək daha müştəriyönümlü oldu. Artıq rus və ingilis dili sahibləri də AtaNet bankçılığa qoşularaq asanlıqla xidmətlərdən yararlana bilərlər.

Bankın xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər - https://atabank.com/az/

25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264