BANK

Maliyyə Bazarlarına Nəzarət Palatasına 12 minə yaxın müraciət daxil olub
05 MART
159

Maliyyə Bazarlarına Nəzarət Palatasına 12 minə yaxın müraciət daxil olub

2019-03-05 16:05:00

2018-ci ildə Maliyyə Bazarlarına Nəzarət Palatasına istehlakçıların və investorların 11 915 müraciəti daxil olub. Fins.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabatda qeyd olunur.

Sənədə əsasən, müraciətlərin 9 374-ü və yaxud 78,7%-i bank, 2 160-ı və yaxud 18,1%-i sığorta, 381-i və yaxud 3,2%-i isə qiymətli kağızlar sektoru ilə bağlı olub.

Palata şikayətləri araşdırdıqdan sonra nəzarət subyektlərinə 613 icrası məcburi olan göstəriş verib. Bunun 314-ü kapital bazarları, 287-si sığorta sektoru, 12-si isə bank sektoru ilə bağlı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264