BANK

Rabitəbankda yeni təyinatlar olub
05 MART
271

Rabitəbankda yeni təyinatlar olub

2019-03-05 14:23:00

Marketinq departamentinə yeni təyinatlar var. Belə ki, marketinq departamentinin direktoru vəzifəsinə Ələkbər Eyvazlı, marketinq meneceri vəzifəsinə isə Nazlı Orucova təyin edilib.

Nazlı Orucova
Nazlı Orucova

Rabitəbank, ölkənin ilk müstəqil banklarından olmaqla yanaşı, həm də sürətlə rəqəmsal istiqamətdə inkişaf edən banklarındandır. 2018-ci ildə, ölkədə ilk dəfə bot sistemini tətbiq edərək Rabitəbot-u müştərilərin istifadəsinə təqdim edən bank, xidmətlərini onlayn və daha sürətli şəkildə həyata keçirir. İnnovativ inkişafa meyilli olan və rəqəmsallaşan bank, artıq bir çox təyinatlarını gənclərdən yana seçir.

Marketinq departamentin yeni rəhbəri Ə. Eyvazlı, bundan əvvəl bir sıra yerli və xarici şirkətlərdə o cümlədən Samsung Electronics, FİNCA Azerbaijan, Azersun Holding, Kapital Bankda aparıcı marketing vəzifələrində,   N. Orucova isə Bakcell, GoldenPay-da Marketinq və Rəqəmsal sahəsi üzrə müxtəlif aparıcı vəzifələrdə çalışmışdır.

Qeyd edək ki, Elmir Əliyev rəqəmsal sahədə konsultasiya fəaliyyətini davam etdirmək səbəbi ilə, vəzifə icraatını dayandırır.

Ələkbər Eyvazlı
Ələkbər Eyvazlı

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269