BANK

Azərbaycan Beynəlxalq Bankı bu video ilə mesajlar verib
05 MART
396

Azərbaycan Beynəlxalq Bankı bu video ilə mesajlar verib

2019-03-05 11:25:00

Azərbaycan Beynəlxalq Bankının ötən ilin sonlarına doğru təqdim etdiyi yeni imic çarxı böyük maraq doğurdu. Xüsusilə sosial şəbəkələrdə çox maraqla qarşılanan və bəyənilən bu çarxla bank cəmiyyətimizə hansı mesajları vermək istəyirdi? Fins.az xəbər verir ki, bu suala Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimovdu aşağıdakı kimi cavab verib . 

Bu imic çarxı, onun təqdimatında da qeyd etdiyimiz kimi, çətin günlərdə Azərbaycan Beynəlxalq Bankına dəstək vermiş dövlətimizə, bizə inanaraq çətinlikləri geridə qoymağımızda kömək göstərən ölkəmizin insanlarına bir təşəkkür borcumuz idi. Bununla həm də cəmiyyətin diqqətini bu gün Azərbaycan Beynəlxalq Bankında gedən müsbət inkişaf meyllərinə yönəltdik. İstədik insanlarımız bilsinlər ki, bankınüzləşdiyi çətin günlər artıq geridə qalıb. Azərbaycan Beynəlxalq Bankı bu gün ayaqdadır, inkişaf edir, ölkəmizin bütün insanlarına xidmət göstərir,sosial-iqtisadi həyatın bütün sahələrində faydalı olmağa çalışır.

Azərbaycan Beynəlxalq Bankının imic çarxı

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265