BANK

Problemli kreditlərin həlli sahəsindən atılmalı texniki addımlar
05 MART
433

Problemli kreditlərin həlli sahəsindən atılmalı texniki addımlar

2019-03-05 10:31:00

Fins.az xəbər verir ki, iqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, Prosesin şəffaflığı üçüm problemli kreditlərin həlli sahəsindən atılmalı olan bir neçə texniki addımlar var. Fins.az ekspertin fikirlərini olduğu kimi təqdim edir. 

1. Kompensasiyaya düşən kreditlərin fevralın 21-i (2015) və dekabrın 21-i (2015) tarixlərinə olan qalıqları barədə məlumatların banklar və müştərilər üzrə siyahısının internetdə (MBNP, MB rəsmi saytında, o cümlədən bankların) yerləşdirilməsi;

2. Kompensasiya alacaq və kredit tarixçəsi pisləşmiş müştərilərə amnistiyanın verilməsi. Bunun üçün mərkəzləşdirilmiş kredit reyestrində və KreditBürosunun məlumat bazasında həmin şəxslərinin kredit tarixçələrinin sağlamlaşdırılması;

3. Veriləcək kompensasiya məbləğinin müştəri və banklar üzrə siyahısının saytlarda (MBNP, MB rəsmi saytında, o cümlədən bankların) yerləşdirilməsi;

4. Restrukturizasiya müqabilində Mərkəzi Bankdan güzəştli kredit alacaq banklar və veriləcək kredit məbləğləri barədə məlumatın açıqlanması;

5. Zamin durmuş və əsas borcalanın əvəzində banka pul ödəmiş şəxslərin kompensasiya almaq imkanlarının təmin edilməsi

P.S. Ola bilsin hansısa fikir rəsmlər tərəfindən artıq səslənib, bunu istisna etmirəm.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.897
  • ₽ RUB
    0.0264