BANK

Banklar vətəndaşlara 750 milyon manat ödəyəcək
05 MART
402

Banklar vətəndaşlara 750 milyon manat ödəyəcək

2019-03-05 10:02:00

Dövlətdən sonra  ən böyük yük bank sektorunun üzərinə düşəcək. Fins.az xəbər verir ki, bu sözləri Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev bildirib. 

Ödəniləcək məbləğlərin, cərimələr, peniyalar, fazi şəklində olan hissəsi 750 milyon manat təşkil edir ki, bu da bankların öz gəlirləri hesabına vətəndaşlara ödənilməsi həyata keçiriləcək.

Bildiyiniz kimi ayrılan vəsaitin 670 milyon manatı kampensasiya şəklində dövlət büdcəsi sxemi vasitəsi  ilə banklar üzərindən vətəndaşlara ödəniləcək. 750 milyon manat yaxın bir hissəsi bankların öz vəsaitləri hesabına ödənəcək və Mərkəzi Bankın,  Maliyyə Nazirliyinin  təqdim etdiyi zəmanət əsasında ayıracağı kreditlər hesabına da vətəndaşların 360 gündən çox gecikən 10 min dollar və və 17 min manat həcmində olan kredit borclarının da restrukrizasiyası həyata keçirililmiş olacaq.

Bu kreditlərin özəlliyi ondadır ki, 5 il müddətinə verilicək. Vətəndaşlar yalnız 1% ödəməklə geri qaytaralacaqlar və eyni zamanda bir il bütün növ kreditlərin əsas növ börc ödənişindən azad olmuş olacaqlar. Sonrakı 4 il ərzində bərabər hissələrə bölünməklə vətəndaşların ödənişləri həyata keçirilməsi baş tutacaqdır – deyə Zakir Nuriyev bildirib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262