BANK

Vətəndaşlar alacaqları kompensasiyanın məbləğini belə öyrənəcəklər - PROBLEMLİ KREDİTLƏR
04 MART
3166

Vətəndaşlar alacaqları kompensasiyanın məbləğini belə öyrənəcəklər - PROBLEMLİ KREDİTLƏR

2019-03-04 22:28:00

Fins.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev Azərbaycan Dövlət Televiziyasında çıxışı zamanı bildirib ki, problemli kreditlərlə fərmanın təbii ki, əsas icraçısı yəni vətəndaşlarla işləyəcək hissənin , vətəndaşların qoyduğu sualları cavablandırcaq və bütün bu prosesi həyata keçirəcək Bank sektoru olacaq.

Bank sektoru təbii ki, bu günlərin Azərbaycan iqtisadiyyatının ən aparıcı ən texnoloji cəhətdən irəli getmiş bir hissəsidir. Artıq Bank sketorunda yetərincə hazırlanmış ödəniş sitemləri , yetərincə təkmil proqram təminatları vardır ki, onlarda  hər bir vətəndaşın borcları onun şəxsiyyətini  özündə əsk etditən məlumat bazasına sahibdirlər. Ona görə də ilk əvvəl ondan başlamaq istərdim ki, artıq bankların hər birində olan bu məlumat bazaları Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə bu fərmanın əhatə dairəsinə daxil olacaq müştəri qruplarının müəyyən edilməsini bu siyahıların dəqiqləşdirilməsi , yoxlanılması maliyyə bazarlarına Nəzarət paltasına təqdim olunması istiqamətində Palata ilə aktiv şəkildə iş aparırlar. Hesab edirk ki, fərmanda göstərilən müddətlər ərzində bank sektoru özünün bütün işçi heyətini bütün zəruri avadanlıqlarını və s bu prosesə cəlb etməklə müvafiq olaraq bu siyahılaraın MBNP –da ayrılacaq guşədə yerləşdirməklə hər bir vətəndaşın ora daxil olmaqla özünə aid olan bütün sualların cavablarını tapmış olacaq. Vətəndaş özünə aid unikal kodu daxil etməklə hər bir vətəndaş özünün ödəniləcək kampensasiyanın məbləği , onun restrukrizasiya olunacaq kredit məbləği haqqında informasiyaları tam şəkildə əldə etmiş olacaq. 

BANKLAR ƏHALİYƏ 750 MİLYON MANAT ÖDƏYƏCƏK

Burda qeyd etdiyimiz kimi dövlətdən sonra  ən böyük yük bank sektorunun üzərinə düşəcək. Ödəniləcək məbləğlərin, cərimələr, peniyalar, fazi şəklində olan hissəsi 750 milyon manat təşkil edir ki, bu da bankların öz gəlirləri hesabına vətəndaşlara ödənilməsi həyata keçiriləcək.

Bildiyiniz kimi ayrılan vəsaitin 670 milyon manatı kampensasiya şəklində dövlət büdcəsi sxemi vasitəsi  ilə banklar üzərindən vətəndaşlara ödəniləcək. 750 milyon manat yaxın bir hissəsi bankların öz vəsaitləri hesabına ödənəcək və Mərkəzi Bankın,  Maliyyə Nazirliyinin  təqdim etdiyi zəmanət əsasında ayıracağı kreditlər hesabına da vətəndaşların 360 gündən çox gecikən 10 min dollar və və 17 min manat həcmində olan kredit borclarının da restrukrizasiyası həyata keçirililmiş olacaq.

Bu kreditlərin özəlliyi ondadır ki, 5 il müddətinə verilicək. Vətəndaşlar yalnız 1% ödəməklə geri qaytaralacaqlar və eyni zamanda bir il bütün növ kreditlərin əsas növ börc ödənişindən azad olmuş olacaqlar. Sonrakı 4 il ərzində bərabər hissələrə bölünməklə vətəndaşların ödənişləri həyata keçirilməsi baş tutacaqdır – deyə Zakir Nuriyev bildirib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265