BANK

“Zolotaya Korona” Xalq Bankda
14 FEVRAL
332

“Zolotaya Korona” Xalq Bankda

2019-02-14 12:17:00

ASC “Xalq” Bankı "Zolotaya Korona" beynəlxalq təcili pul köçürmələri sisteminə qoşulub. Zolotaya Korona - bank hesabı açmadan respublika daxilində, MDB və uzaq xaric ölkələrinə əlverişli tariflərlə bir neçə dəqiqə ərzində pul köçürmələri həyata keçirmək imkanı verən sistemdir.

Bu sistem çərçivəsində müştərilər ABŞ dolları , Avro və manatla pul köçürə bilərlər. Ölkədaxili köçürməyə görə komissiya 0,3%, digər istiqamətlər üzrə 0,9% (1000 rubl, 20 USD/EUR-dan artıq olmayaraq) təşkil edir. Konvertasiyalı köçürmələrə komissiya tətbiq edilmir.  

"Zolotaya Korona" sistemi ilə yanaşı, Xalq Bank Western Union, UPT, Monex, Contact, Blizko beynəlxalq təcili pul köçürmələri sistemləri vasitəsilə xidmətlər göstərir.

Təcili pul köçürmə xidmətlərindən Xalq Bankın Bakı və bölgələrdə fəaliyyət göstərən istənilən filialında faydalanmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır