BANK

Kredit borclarına dair yenilik - Keçən il aprelin 1-dək borcu olanlara fərqli yanaşılacaq
11 FEVRAL
641

Kredit borclarına dair yenilik - Keçən il aprelin 1-dək borcu olanlara fərqli yanaşılacaq

2019-02-11 18:30:00
Maliyyə Bazarlarına Nəzarət Palatası "Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası”nda dəyişikliklər edib. 
Fins.az-ın məlumatına görə, bu Qayda kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi qaydasını müəyyən edir.
Kredit tarixçəsi məlumatların saxlandığı üsul və formadan asılı olmayaraq kredit tarixçəsi subyektinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi üçün lazım olan digər məlumatların məcmusudur. Kredit tarixçəsinin subyekti barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsdir. 
Dəyişiklik kredit tarixçəsi subyektinin razılığının alınması ilə bağlıdır.  Beləliklə, kredit təşkilatları aralarında hüquq münasibətləri 2018-ci il aprelin 1-dək yaranmış cari borcalanlar olan kredit tarixçəsi subyektlərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262