BANK

1 ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları artıb
11 FEVRAL
311

1 ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları artıb

2019-02-11 16:20:00

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

AMB-dən verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2019-ci il yanvar ayının 31-nə 5 mlrd. 655,9 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 274,7 mln. dollar və ya 5,1% çoxdur.

Yanvar ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 33,4 mln. dollar və ya 0,59% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262