BANK

İpoteka və Kredit Zəmanət Fondunun bölüşdürülməmiş mənfəəti 47,19 mln. manata çatıb
11 FEVRAL
102

İpoteka və Kredit Zəmanət Fondunun bölüşdürülməmiş mənfəəti 47,19 mln. manata çatıb

2019-02-11 14:33:00

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xalis mənfəəti 2018-ci il ərzində 2% artıb.

Fins.az xəbər verir ki,  bu barədə İKZF-in 2018-ci il üzrə açıqladığı “mənfəət və zərər ” hesabatında bildirilir.

Fond, 2018- cilin yanvar-dekabr ayları ərzində 47,99 mln. manat faiz gəliri,  17,41 mln. manat faiz xərci edib.

2017-ci il ilə müqayisədə Fond 2018-ci il ərzində faiz gəlirləri 32%, faiz xərcləri isə 36% artıb.

Beləliklə, qurumun xalis mənfəəti hesabat dövründə 19,32 mln. manat təşkil edib. Bununla da Fondun bölüşdürülməmiş mənfəəti 47 milyon 189,89 min manata çatıb.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9295
  • ₽ RUB
    0.0259