BANK

IMF FED-in “artımı dayandırma”qərarını təsdiqlədi
11 FEVRAL
181

IMF FED-in “artımı dayandırma”qərarını təsdiqlədi

2019-02-11 13:17:00

Beynəlxalq Valyuta Fondunun (IMF) yeni baş iqtisadçısı Gita Gopinath FED-in “artımı dayandırma” qərarının dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-a müsbət təsir göstərəcəyini vurğulayıb.

Gita Gopinath-in sözlərinə görə, FED-in faiz artımlarını dayandırması iqtisadiyyata olduqca böyük müsbət təsir göstərəcək: “FED-in bu yanaşmasını dəstəkləyirik”.

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) yanvar ayında gözlənildiyi kimi uçot faiz dərəcəsini sabit saxlamış və yeni faiz artımı üçün “səbirli” olacaqları ilə bağlı siqnal vermişdi.

Qeyd edək ki, FED-in iki günlük Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasında uçot faiz dərəcəsi 2.25-2.5% arasında saxlanılmışdı.

©Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266