BANK

"PAŞA Bank"ın Gürcüstandakı törəməsinin rəhbərliyində dəyişiklik olub
07 FEVRAL
253

"PAŞA Bank"ın Gürcüstandakı törəməsinin rəhbərliyində dəyişiklik olub

2019-02-07 14:20:00

“PAŞA Bank” ASC-nin Gürcüstanda törəməsi olan “Paşa Bank Gürcüstan"nın rəhbərliyində yeni təyinatlar olub.

“Paşa Bank Gürcüstan"dan  verilən məlumata görə, Corc Qalonti (George Glonti) və Ebru Ogan Knottnerus bankın Müşahidə Şurasının müstəqil üzvləri təyin edilib.

Məlumata görə, Ebru Ogan Knottnerus bankın audit komitəsinin müstəqil üzvü, Corc Qalonti isə audit komitəsinin sədri vəzifəsinə təyinat alıb. Bu ilin yanvarın 1-dən etibarən hər iki şəxs yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, hazırda “Paşa Bank Gürcüstan"ın Müşahidə Şurasının üzvü var. Belə ki, Fərid Məmmədov bankın Müşahidə Şurasının sədri, Cəlal Qasımov, Şahin Məmmədov üzvləri, Corc Qalonti və Ebru Ogan Knottnerus isə müstəqil üzvləridir.

Qeyd edək ki, “Paşa Bank Gürcüstan"a lisenziya 2013-cü il yanvarın 17-də Gürcüstan Milli Bankı tərəfindən verilib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262