BANK

"Azərbaycan Beynəlxalq Bankı"nın sədr müavini işdən çıxıb
06 FEVRAL
771

"Azərbaycan Beynəlxalq Bankı"nın sədr müavini işdən çıxıb

2019-02-06 17:42:00

"Azərbaycan Beynəlxalq Bank" ASC-nin (ABB) İdarə Heyətinin (İH) sədr müavini Murad Şirəliyev işdən çıxıb. Fins.az xəbər verir ki,“Report”un əldə etdiyi məlumata görə, M. Şirəliyev 2018-ci ilin dekabr aynda işdən ayrılmaqla bağlı ərizə yazıb. 

Onun Almaniya şirkəti olan “Solaris GmbH”də direktor vəzifəsinə təyinat aldığı bildirilir.

Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyevin oğlu olan Murad Şirəliyev 3 il 6 ay - 2015-ci ilin iyul ayından 2018-ci ilin dekabr ayına qədər ABB-nin İH-nin sədr müavini olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır