BANK

Sifarişlərin ümumi məbləği 576 milyon manatdan çox olub
06 FEVRAL
169

Sifarişlərin ümumi məbləği 576 milyon manatdan çox olub

2019-02-06 16:10:00

6 Fevral 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100673S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 12 investor tərəfindən qiyməti 99.4388 AZN (7.26%) olan 19 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 576,861,500.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4388 AZN (7.26%), orta ölçülmüş qiyməti 99.4388 AZN (7.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250, 000, 000. 00 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 06.03.2019.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267