BANK

Hansı bankların kapitalı risk altındadır?
05 FEVRAL
714

Hansı bankların kapitalı risk altındadır?

2019-02-05 18:08:00

Fins.az xəbər verir ki, "Finans.az" 31 dekabr 2018-ci il tarixinə bankların kapital adekvatlığı əmsalını araşdırıb.

Bankların kapital adekvatlığı əmsalı əsas risk göstəricilərindən biri olub, bankın məcmu kapitalının onun riskli aktivləri qarşısında dayanıqlığını göstərir. Bu hədd Mərkəzi Bank tərəfindən minimum 10% olaraq qəbul olunub. Yəni, bir bankın kapitalı onun risk ölçülü aktivlərinin 10%-dən az olmamalıdır. Bu əmsalın yüksək olması bankın kapitalının onun riskli aktivlərə qarşı daha çox dayanıqlı olmasını, az olması isə tam əksini - bu dayanıqlığın pozulduğunu göstərir.

Kapital adekvatlığının hesablanması qaydası Mərkəzi Bankın “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda geniş izah olunub. Qısaca desək, bu əmsal tutulmalardan sonra bankın məcmu kapitalının risk ölçülü aktivlərinə faiz nisbəti kimi hesablanır.

Onu da qeyd edək ki, "kapitalın strukturu və adekvatlığı hesabatı" mühüm hesabatlardan biri hesab olunur və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən digər hesabatlarla bərabər dərc olunması tələb olunur.

Kapital adekvatlığı əmsalına görə bankların ardıcıllığı isə belədir:

Bank Kapital adekvatlığı əmsalı (%)
Pakistan milli bankının Bakı filialı 348,9
Naxçıvanbank 152,42
Bank Avrasiya 57,87
AFB Bank 54,527
VTB Bank Azərbaycan 39,11
Beynəlxalq Bank 32,26
Gunay Bank 31,55
Rabitəbank 26
Nikoil Bank 24,62
Azər Türk Bank 24,17
Expressbank 24
Yapı Kredi Bank Azərbaycan 23,8
Ziraat Bankı 23,05
NBC Bank 22,07
Bank BTB 20,36
Turanbank 15,8
Xalq Bank 15,74
Kapital Bank 15,31
Atabank 14,71
Premium Bank 13,27
Paşa Bank 11,8
Bank Respublika 11,36
Unibank 10,96
Bank of Baku 10,45
AGBank 10,11
Amrahbank 9
AccessBank 4,03

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır