BANK

Dekabrda ən çox kredit kartları artıb
05 FEVRAL
160

Dekabrda ən çox kredit kartları artıb

2019-02-05 10:52:00

2018-ci ilin sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 6 milyon 511 min ədəd təşkil edib.

Mərkəzi Bankın statistikasına əsasən, Noyabr ayının sonu ilə müqayisədə Dekabrda cəmi ödəniş kartlarının sayı 34 min ədəd artıb. 

Artım Yanvarda 20 min ədəd, Fevralda 70 min ədəd, Martda 43 min ədəd, Apreldə 89 min ədəd, Mayda 50 min ədəd, İyunda 40 min ədəd, İyulda 62 min ədəd, Avqustda 50 min ədəd, Sentyabrda 133 min ədəd, Oktyabrda 67 min ədəd, Noyabrda isə 52 min ədəd təşkil etmişdi.

Noyabr ayı ilə müqayisədə Dekabrda sosial kartların sayı 10 min ədəd azalaraq 2 milyon 522 min ədədə, əməkhaqqı kartlarının sayı isə 1 min ədəd azalaraq 2 milyon 40 min ədədə düşüb. Həmin ayda əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 20 min ədəd artaraq 1 milyon 89 min ədədə, kredit kartlarının sayı isə 25 min ədəd artaraq 860 min ədədə çatıb.   

2017-ci illə müqayisədə isə 2018-ci il ərzində cəmi ödəniş kartlarının sayı 711 min ədəd, o cümlədən əmək haqqı kartlarının sayı 213 min ədəd, kredit kartlarının sayı 237 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 274 min ədəd artıb. İl ərzində sosial kartların sayı isə 13 min ədəd azalıb.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266