BANK

AYİB Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə layihələrinə sərmayə yatırmağa hazırdır
04 FEVRAL
216

AYİB Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə layihələrinə sərmayə yatırmağa hazırdır

2019-02-04 10:52:00

Avropa Yenidənqurma və İnkişaf Bankın (AYİB) Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə üzrə layihələrə sərmayə yatırmaqda maraqlıdır. Bu barədə bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte deyib.

İ.Duarte bildirib: "AYİB iqlim layihələrinin maliyyələşdirilməsi sahəsində öz hədəflərinə nail olmaq üçün işlərini davam etdirir və 2018-ci ildə bankın sərmayələrinin 36 faizi yaşıl iqtisadiyyatın dəstəklənməsinə yönəldilib. Bu tendensiyanı biz Azərbaycanda da təkrarlamaq istərdik".

Azərbaycandakı nümayəndəliyin rəhbəri qeyd edib ki, AYİB iqtisadiyyatın diversifikasiyasına söykənən müxtəlif sektorlarda münasib layihələri nəzərdən keçirməyə hazırdır.

AYİB-in Azərbaycan üzrə 2019-cu il üçün prioritetlərindən danışam İ.Duarte qeyd edib ki, sərmayə üçün lazımlı istiqamətlər Azərbaycan üzrə bankın qüvvədə olan ölkə strategiyasında müəyyən edilib.

Qeyri-neft sektoru ilə yanaşı, bank energetika sektorunu da dəstəkləməyə davam edir. "Şahdəniz-2" layihəsi çərçivəsində "LUKOIL Overseas Shah Deniz Ltd" üçün kreditin verilməsi prosesindən danışan İ.Duarte bildirib ki, "layihə bizim səhmdarlarımız tərəfindən bəyənilib, lakin hələ imzalanmayıb".

Qeyd edək ki, Azərbaycan AYİB ilə 1992-ci ildən əməkdaşlıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır