BANK

Azərbaycanda kommersiya banklarının xarici borclanması azalıb
04 FEVRAL
237

Azərbaycanda kommersiya banklarının xarici borclanması azalıb

2019-02-04 10:37:00

ərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 480,2 mln. manat və ya 20,8% azalaraq 2019-cu ilin yanvar ayının 1-nə 1 828,1 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, ötən ilin noyabr ayı ilə müqayisədə dekabrda bankların xarici borclanması 20,7 mln. manat və ya 1,12% azalıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2019-cu ilin yanvarın 1-nə 5 mlrd. 906,3 mln. manat təşkil edib ki, bu da 2017-ci il ilə müqayisədə 32,3 mln. manat və ya 0,55% çoxdur. Məcmu xarici aktivlərin həcmində ötən ilin noyabrı ilə müqayisədə dekabrında 916,1 mln. manat və ya 13,43%-lik azalma baş verib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257