BANK

Bu Bank mütəxəssislər axtarır
12 YANVAR
272

Bu Bank mütəxəssislər axtarır

2019-01-12 10:45:00

Kapital Bankın komandasına qoşulmaq istəyənlər bu vakansiyalara müraciət edə bilərlər. 

Ümumi məlumat

Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin Biznes Kreditlərinin Təhlili Şöbəsində Mütəxəssis, Aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Müştərilərin maliyyə və biznes təhlilini aparmaq;
  • Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində baş verən dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirməklə kreditin verilməsi barədə yekun rəy bildirmək;
  • Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların tələblərinin qorunmasına nəzarət edilməsi;
  • Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri yerinə yetirmək.

Tələblər

  • İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
  • CFA və ya ACCA sertifikatlarına sahib olma arzuolunandır; 
  • Rus və İngilis dili biliklərinin olması arzuolunandır;
  • Bank qanunvericiliyi barədə biliklər; 
  • Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi.                                      

https://kapitalbank.az/career/Kredit-Anderraytinqi-Departame-70?fbclid=IwAR0orA4vQS4UmSnnMGOWJna5yfU60trdEIzXNOtqvIlVcMBogBnJqe3o5wY

 

 

 

   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254