BANK

Azərbaycanda bir bankın mənfəəti kəskin azaldı
10 YANVAR
325

Azərbaycanda bir bankın mənfəəti kəskin azaldı

2019-01-10 14:38:00

“Bank Melli İran” Bakı filialı 2018-ci ilin yekunu üçün maliyyə hesabatlarını açıqlayıb.
Fins.az FED.az-a istinadən xəbər verir ki, bankın 2018-ci ildə faiz gəlirləri 2017-ci ilə nisbətən 3,17% azalaraq 2 mln 873 min manat, faiz xərcləri isə 2,09 dəfə azalaraq 112,9 min manat təşkil edib.
Sonda xalis faiz gəlirləri 5,24% azalaraq 2 mln 760,8 min manat olub. Keçən ilə nəzərən bu ildə baş verən xalis faiz gəlirlərindəki azalma bu il faiz xərclərinin ötən ilə nisbətən çox olması olub.
Bank tərəfindən bu il üçün aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmalar ötən ilə nəzərən 11,04 dəfə azalaraq 520,9 min manta enib. Hesabat dövründə  haqq və komissiya gəlirləri ötən ilə nisbətən 41,05% artaraq 286,3 min manat, bununla yanaşı haqq və komissiya xərcləri 1,6 dəfə artaraq 108,9 min manata çatıb.
Yekunda 2018-ci il ərzində bankın xalis mənfəəti 2 mln 140,2 min manat olub. Ötən il isə xalis mənfəət 6 mln 923,2 min manat olmuşdu. Başqa sözlə bu il bankın xalis mənfəəti 69,09% azalıb.
FED.az “Bank Melli İran”ın “ Balans” mənfəətinə əsasən bildirir ki, bankın 2018-ci ildə cəmi aktivləri örən illə müqayisə də 9,89% artaraq 110 mln 441,5 min manat, cəmi kapital isə  2% artaraq 70 mln 671,3 min manata yüksəlib.
Bankın kredit portfeli hesabat dövründə ötən ilə nəzərən 6,63% artaraq 3 mln 577,7 min manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264