BANK

Bu Bankların əmanətçilərinə kompensasiya ödənilib - Azərbaycanda
10 YANVAR
390

Bu Bankların əmanətçilərinə kompensasiya ödənilib - Azərbaycanda

2019-01-10 10:57:00

Əmanətlərin Sığortalanması Fondu 2012-2017-ci illər ərzində sığorta hadisəsi baş vermiş 13 bankda sığortalı əmanətlər üzrə1 yanvar 2019-ci il tarixinədək 824,3 milyon manat kompensasiya  ödəyib ki, bu ümumi kompensasiya öhdəliyinin 99% təşkil edir.

Bakı/10:53/Xeybər Heydərov/Fins.az

Ləğv prosesində olan “Royalbank” ASC-nin qorunan əmanətçilərinə 13,2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 89%-i həcmində) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərə ümumilikdə 1,8 milyon manat (ümumi kompensasiya öhdəliyinin 88%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24,2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin  qorunan əmanətçilərinə0,98 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunanəmanətçilərinə120,4milyonmanat (ümumi kompensasiya öhdəliyinin 98%-i)kompensasiyaödənilib.

Ləğv olunmuş “Parabank” ASC-nin  qorunan əmanətçilərinə  43,2 milyon manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə72,5 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Kredobank” ASC-nin qorunan əmanətçilərinə27,9 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99,6%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Dekabank” ASC-nin qorunan əmanətçilərinə3,1 milyonmanat (ümumi kompensasiya öhdəliyinin 99%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Atrabank” ASC-nin qorunan əmanətçilərinə14,4 milyon manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 96%-i)kompensasiya ödənilib.

Ləğv prosesində olan QSC “BankStandard” KB-nın qorunan əmanətçilərinə 438,6 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Dəmirbank ASC-nin qorunan əmanətçilərinə 61,98  milyon manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266