BANK

Azərbaycanda kredit qoyuluşunun 15%-ni dövlət bankları həyata keçirib
09 YANVAR
184

Azərbaycanda kredit qoyuluşunun 15%-ni dövlət bankları həyata keçirib

2019-01-09 19:28:00

2018-ci il dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycandakı dövlət bankları ölkə iqtisadiyyatına 1 848,7 mln. manat kredit verib.

Fins.az  Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, beləliklə də ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşunun 14,7%-ni dövlət bankları həyata keçirib. 

Hesabata əsasən, kredit qoyuluşunun 10 323,4 mln. manatı, yaxud 82,2%-i isə özəl bankların, o cümlədən 3 385,9 mln. manat və ya 26,9%-i xarici kapitallı bankların payına düşüb. Kredit qoyuluşunun 3,1%-i və ya 392 mln. manatını isə qeyri-bank kredit təşkilatları reallaşdırıb.

Hazırda ölkədə 2-si dövlət bankı olmaqla cəmi 30 bank mövcuddur. Bunlardan 15-i xarici kapitallıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256